Lavrov: “Türkiyədəki qaz qovşağı “şimal axınları”ndakı itkiləri kompensasiya edəcək”

2022-11-15 18:52:00

Lavrov: “Türkiyədəki qaz qovşağı “şimal axınları”ndakı itkiləri kompensasiya edəcək”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov G-20 sammitindəki çıxışı zamanı Türkiyədə inşa ediləcək qaz qovşağının “şimal axınları” üzrə tranzitin itmiş həcmlərini kompensasiya edəcəyini qeyd edib. RF XİN rəhbəri bəyan edib ki, Rusiya enerji təhlükəsizliyini möhkəmləndirmək üçün hər şeyi edir, o cümlədən, sıxılmış təbii qaz istehalını artırır, transsərhəd boru kəməri layihələrini inkişaf etdirir, Türkiyədə qaz qovşağının yaradılması üzərində işləyir – bu qovşaq sayəsində əvvəllər “şimal axınları” ilə verilən qaz nəqli həcmini kompensasiya etmək mümkün olacaq.

Lavrov bundan əvvəlki açıqlamalarında neft hasilatının həcminin 2021-ci il göstəricilərindən yüksək olduğunu xəbər vermişdi. Rusiya neft ixracını artırmağı və onun scoğrafiyasını genişləndirməyi planlaşdırır.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171157