Lavrov Rusiya-Ukrayna danışıqlarının Türkiyədə keçirilməsinin tərəfdarıdır
2025-05-27 15:42:49

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Kiyevin danışıqlarının ikinci mərhələsinin təşkili üçün yenidən Türkiyəyə müraciət etməyi üstün tutduğunu bəyan edib.
Nazir Moskvada Türkiyənin XİN rəhbəri hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib: "Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsinə gəlincə, əgər məndən soruşsalar, yenidən türk dostlarımıza müraciət edərdim. İstanbulda çox yaxşıdır".
Hakan Fidan ölkəsinin istənilən zaman RF-Ukrayna danışıqları üçün məkan təqdim eləməyə hazır olduğunu və bunu xüsusi missiya hesab elədiyini söyləyib.
Hürr Tərcüman
