Saat:15:10
Haqqımızda

Lavrov: “Rusiya Türkiyə ilə həmrəydir – BMT TŞ-də islahat aparmaq lazımdır”

2021-10-19 16:35:00

Lavrov: “Rusiya Türkiyə ilə həmrəydir – BMT TŞ-də islahat aparmaq lazımdır”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurasında dəyişiklik aparmağın zəruri olduğu barəsində sözlərini dəstəklədiyini bildirib. Lavrov bu sözləri Beynəlxalq “Valday” diskussiya klubunun XVIII iclasındakı çıxışında söyləyib: “Prezident Ərdoğanın natiqlik istedadı bəllidir. O, müxtəlif mövzularda azad danışır. Mən onunla razıyam ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinin “beşliyi” dünyanın taleyini diqtə eləmək hüququna malik deyil. Beşliyin belə hüququ yoxdur və və o heç bu hüquqa iddia da eləmir“.

Onun sözlərinə görə, “beşlik” yalnız BMT-nin nizamnaməsində yazılan səlahiyyətlərə iddia edir, o isə dünya birliyinin bütün üzvlərinin kollektiv iradəsini əks etdirir. “Beşlik” də dünyada işlərin vəziyyətinə, ilk növbdə qlonal münaqişələrdən yayınmağa nəzarət edir. Və 75 ildən artıqdır ki, bunu bacarır. Ümidvaram ki, bu vəziyyət dəyişməyəcək”.

Lavrov bununla belə BMT-nin və Təhlükəsizlik Şurasının yeni reallıqlara adaptasiya olmasının zərurətindən danışıb: “Çünki BMT-nin yaradıldığı dövrdə dünyada 50 dövlət, Təhlükəsizlik Şurasının üzvlərinin 12-dən 15-ə qədər genişləndirildiyi dövrdə 70 dövlət var idisə, indi bu rəqəm xeyli böyükdür – təkcə BMT üzvü olan dövlətlərin sayı 193-ə çatıb. Və əlbəttə ki, inkişaf etməkdə olan ölkələr tam haqlı şəkildə özlərinin BMT-nin baş orqanında olan təmsilçilərinin artmasında israr edirlər”.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR