Saat:11:02
Haqqımızda

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərini normallaşdırmaq istəyir”

2022-01-21 14:22:00

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərini normallaşdırmaq istəyir”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvanın Gürcüstanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edib. O, Rusiya diplomatlarının 2021-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş konfransda çıxışı zamanı deyib: “Biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, fikir ayrılıqlarının aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı hədəflərinin tərəfdarı olaraq qalırıq”. 

Lavrov onu da əlavə edib ki, əlaqələrin bərpası prosesi “ikitərəfli yol hərəkəti” kimi olmalıdır. “Əminik ki, Gürcüstan hakimiyyəti keçmişdən dərs çıxaracaq və Rusiyaya qarşı daha tarazlaşdırılmış siyasət aparacaqlar”.

Qeyd edək ki, postsovet məkanında separatizmin dəstəkçisi olan Rusiya 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra Gürcüstanın və BMT-nin əksər üzv dövlətlərinin Gürcüstanın bir hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanıyıb. 2008-ci ildə - Rusiyanın Gürcüstan ərazisinə sülhməramlılar adı altında qanlı müdaxiləsindən sonra bu iki ölkə arasındakı münasibətlər pozulub, diplomatik əlaqələr tamamilə kəsilib. Məhz Rusiyanın iştirakı səbəbindən Gürcüstan Qafqazda 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan üstəgəl Türkiyə, İran, Rusiya) regional əməkdaşlıq layihəsindən imtina edir. 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR