Lavrov: “Qərb Rusiya və ruslara qarşı “təbliğat müharibəsi” başladıb”

2022-05-06 21:22:00

Lavrov: “Qərb Rusiya və ruslara qarşı “təbliğat müharibəsi” başladıb”

Qərb Rusiyaya və ruslara qarşı "təbliğat müharibəsi" açmağa çalışır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qələbə Günü münasibətilə XİN-də xatirə lövhəsi önünə gülqoyma mərasimi zamanı deyib.

"Təbii ki, biz tarixin dərslərini həmişə xatırlamalıyıq. Üstəlik, tariximizin bu şanlı səhifələrini indi Qərbdə qoparmağa, bütün görülən işlərin üstündən xətt çəkməyə, nasizmə qalib gələnləri cinayətkarlarla eyniləşdirməyə, bizi bu müharibənin əsas günahkarlarına çevirməyə və müasir Avropada nasizmin təzahürlərini təşviq etməyə çalışırlar", - deyə Rusiya XİN başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyaya və ruslara qarşı "təbliğat müharibəsi" başlanıb ki, bu da irqçilik və ayrı-seçkiliyin təzahürüdür, hansı ki, indi absurdluq həddinə çatdırılır. \\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya