Lavrov: “Prezident Ərdoğanla Putin arasında razılaşma əldə edilib”
2022-06-01 20:10:00

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Səudiyyə Ərəbistanına səfərinin nəticələrinə həsr edilmiş mətbuat konfransında Lavrov Putin ilə Ərdoğan arasındakı razılaşmadan danışıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Ukrayna limanlarının minalardan təmizlənməsi barəsində razılığa gəliblər – Ankara Ukrayna limalarının minalardan təmizlənməsinə kömək etməyə çalışacaq.
Lavrov deyib: “Prezident Ərdoğanla söhbət zamanı türkiyəli həmkarların Ukrayna limanlarının minalardan təmizlənməsinə kömək eləməyə çalışacaqları barəsində razılaşma əldə edilib”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya