Lavrov nüvə müharibəsini istisna etmədi

2022-04-26 09:12:00

Lavrov nüvə müharibəsini istisna etmədi

Nüvə müharibəsi riski indi çox əhəmiyyətlidir, bu təhlükəni qiymətləndirməmək olmaz, lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar çoxdur.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər:

“Bu, bizim prinsipial mövqeyimizdir. Ondan çıxış edirik. Əlbəttə, bu risklərin süni şəkildə şişirdilməsini istəməzdim və bunu istəyənlər az deyil. Amma təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”.

Lavrov Qərb ölkələrinin öz hərbi birliklərini Ukraynaya göndərməyəcəyinə ümid etdiyini bildirib və Üçüncü Dünya savaşına imkan verilməməli olduğunu qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya