"Lavrov Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasının əleyhinə çıxdı" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Bu səfərdə aydın oldu ki, Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanmasında maraqlı deyil"
"Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında buna eyham vurdu. Ermənistan Rusiyanın vasitəçiliyindən ona görə imtina edir ki, birbaşa Qərbdən verilən təlimatı yerinə yetirir. Həmçinin, Moskvanın Ermənistanda geosiyasi mövqeyinin güclənməsini neytrallaşdırır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, əgər Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edirsə, o zaman Moskva Azərbaycana dəstək verməli idi: "Amma Sergey Lavrov Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasının əleyhinə çıxdı. Bu səfərdə aydın oldu ki, Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanmasında maraqlı deyil".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya