Lavrov İrəvana gedir: üçtərəfli sazişlər müzakirə ediləcək

2022-06-08 15:49:00

Lavrov İrəvana gedir: üçtərəfli sazişlər müzakirə ediləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfər edəcək. O, Ermənistanın xarici işlər naziri, Baş nazir və ölkənin prezidenti ilə görüşəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu günlərdə Ermənistan tərəfinin dəvəti ilə Sergey Lavrov İrəvana işgüzar səfər edəcək. Xarici işlər naziri ilə danışıqlar, Baş nazir və nazirlərlə görüşlər nəzərdə tutulub. Ermənistan prezidenti ilə də görüş gözlənilir. Səfəri zamanı Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır”, - Zaxarova bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya