Lavrov iranlı həmkarı ilə dərdləşdi: “Qərbin sanksiya siyasətini qınayırıq”

2022-06-23 14:16:00

Lavrov iranlı həmkarı ilə dərdləşdi: “Qərbin sanksiya siyasətini qınayırıq”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Moskva ilə Tehranın birtərəfli qanunsuz sanksiyalar siyasəti təcrübəsini qəbul edilməz hesab edərək pislədiyini bildirib.

Lavrov İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransındakı çıxışında deyib: “Əlbəttə ki, biz də, İran da BMT-nin Nizamnaməsinə zidd olan, qəbuledilməz birtərəfli qanunsuz sanksiyalar təcrübəsini pisləyirik”.

Onun sözlərinə görə, Rusiya da, İran da Qərbin Tehrana qarşı sanksiyalarının ləğv olunmasına çalışırlar. Lavrov onu da qeyd edib ki, sanksiyalara baxmayaraq, ölkələr yaxşı perspektivlərə malik ola bilərlər: “Hazırda ölkələrimizin sanksiya şəraitinə rəğmən, energetika sahəsində işləyə bilmək üçün sxemləri mövcuddur”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya