Lavrov Gürcüstanın “3+3” formatına qoşulmasının əhəmiyyətindən danışıb

2022-01-14 16:04:00

Lavrov Gürcüstanın “3+3” formatına qoşulmasının əhəmiyyətindən danışıb

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla məlumat verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Gürcüstanın Cənubi Qafqazda “3+3” formatına (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) qoşulmasını təklif edib.

Mətbuat konfransında çıxış edən Lavrov deyib: “Formatın müzakirələrinin ilk günündən və Moskvada keçirilən görüşlərə hazırlıq zamanı bir gürcü qonşularımızın da bu prosesə daxil edilməsinin tərəfdarı olaraq çıxış etmişik. Çünki ünsiyyət qurmaq üçün imkanlar nə qədər çoxalırsa, mövcud problemlərin həlli bir o qədər asanlaşır”.

Lavrov hazırda gürcü həmkarları ilə Cənubi Qafqaz üzrə Cenevrə müzakirələri çərçivəsində əlaqə saxladıqlarını bildirib.

Bəlli olduğu kimi, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər mövcud olmadığından, Gürcüstan 2021-ci il dekabrın 10-da Moskvada keçirilmiş 3+3 formatındakı ilk toplantıda iştirak etməyib. İki ölkə arasında dialoq Jenevrə danışıqları çərçivəsində mümkün olur. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra iki ölkə arasındakı diplomatik münasibətlər pozulub.

Hürr Tərcüman