“Lavrov Ermənistanı dağıtmaq istəyir” – Paşinyanın partiyadaşı
2023-09-11 18:50:49

Hurriyyet.az xəbər verir ki, Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib: “RF XİN rəhbəri Sergey Lavrov ölkəmizi dağıtmaq istəyir. Siz görmüsünüz ki, onun proqramları ermənilərin xeyrinə olsun? Rusiya həmişə bizim əvəzimizdən fikirləşib, hara getməli, kiminlə dostluq eləmək lazım olduğunu bizə deyib”.
Melkonyan qeyd edib ki, Ermənistan özünə güvənməli, eyni zamanda dostlar axtarmalıdır.
“Biz Rusiyaya neyləmişik? Onunla münasibətləri pisləşdirmək üçün nə etdik? ABŞ ilə təlimlər keçirməyi qərara aldıq? Fransa ilə, Hindistan ilə yaxınlaşmağımıza görə? Qoy öz ölkələri barəsində fikirləşsinlər. Biz ki heç vaxt onların daxili işlərinə, kimlərlə təlim keçmələrinə qarışmamışıq”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya