Saat:18:25
Haqqımızda

Lavrov Ərdoğanın təklifindən danışdı: “Biz bu konfliktdə tərəf deyilik”

2021-12-01 15:44:00

Lavrov Ərdoğanın təklifindən danışdı: “Biz bu konfliktdə tərəf deyilik”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Rusiya Prezidenti V.Putinin telefon söhbəti zamanı Türkiyənin Moskva ilə Kiyev arasında vasitəçiliyinin müzakirə edilməsinin mümkün olduğunu söyləyib.

Bəlli olduğu kimi, Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik eləməyə hazır olduğunu bəyan edib və bu təklif Ukrayna Prezidenti Zelenski tərəfindən müsbət qarşılanıb. Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlu isə Putin ilə Ərdoğanın dekabrın 3-də telefonla danışacaqları zamanı bu məsələnin gündəmdə olacağını bildirib.

Lavrov deyib: “Bu yanaşma Prezident Ərdoğanın bu yaxınlarda verdiyi açıqlamada meydana çıxıb – o, Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazır olduğunu deyib. Kreml isə (RF Prezidentinin mətbuat katibi) Dmitri Peskovun simasında artıq bu tiradaya cavabını verərək, bizim konfliktdə tərəf olmadığımızı söyləyib... Bizim liderlər arasında telefon danışığı planlaşdırılır. Zənn edirəm ki, bu məsələ də müzakirə ediləcək”.

Lavrovun sözlərinə görə, Rusiya ilə Türkiyə rəhbərləri arasında, hər iki ölkənin xarici işlər nazirləri arasında münasibətlər “çox pozitiv xüsusiyyətə malikdir” və problemlərin müzakirəsi həmişə dostcasına, səmimi, qarşılıqlı hörmət müstəvisində aparılır.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR