Saat:05:36
Haqqımızda

Lavrov Ərdoğana bağışlanan Turan xəritəsindən danışdı: “Biz də çəkə bilərik”

2021-12-01 15:50:00

Lavrov Ərdoğana bağışlanan Turan xəritəsindən danışdı: “Biz də çəkə bilərik”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başçısı Devlet Bahçelinin Prezident R.T.Ərdoğana bağışladığı Turan xəritəsi barəsində fikrini söyləyərkən Rusiyanın da öz “soydaşlarının” yaşadığı ərazilərə uyğun olaraq, dünya xəritəsini boyaya və bu rənglərin dünyanın demək olar, bütün regionlarını əhatə edə biləcəyini  bildirib.

Lavrov federasiya Şurasındakı çıxışında deyib: “Soydaşlarla əlaqə saxlamaqda qəbahətli heç nə görmürəm... Bizim də öz soydaşlarımız və həvmətənlərimizin yaşadığı belə ərazilər var. Biz də dünya xəritəsini müəyyən rənglərə boyayaraq, ona müxtəlif çalarlar verə bilərik. Əvvəla, əlbəttə ki, bütün postsovet məkanında SSRİ xalqlarını təmsil edən olduqca çox sayda həmvətənlərimiz var, ondan başqa Avropada, İsraildə, ABŞ-da, Latın Amerikasında, Argentinada da yaşayanlar var”.

Bəlli olduğu kimi, Bahçelinin Ərdoğana bağışlardığı xəritədə, Rusiyanın cənub regionlarının bir qismi, Şərqi Sibir, Balkan yarımadası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çindəki Sincan Uyğur Muxtariyyəti, Monqolustan ilə İranın bir hissəsi türk dünyasının ərazisi olaraq qeyd edilib.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR