Saat:00:59
Haqqımızda

Lavrov: “Bakı ilə Tehran arasında gərginlik müvəqqəti xarakter daşıyır”

2023-03-29 17:12:00

Lavrov: “Bakı ilə Tehran arasında gərginlik müvəqqəti xarakter daşıyır”

“Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Tehran və Bakı arasında münasibətlərin tənzimlənməsi üçtərəfli əməkdaşlığın təşviqinə töhfə verəcək:

“Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın təşviqinə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində vacib layihələrin həyata keçirilməsində bütün tərəflərin təsdiq etdiyi maraqları kontekstində töhfə verəcək”. (yenisabah)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR