Lavrov Azərbaycanın ŞƏT-ə münasibəti barəsində açıqlama verdi

2022-07-29 17:23:00

Lavrov Azərbaycanın ŞƏT-ə münasibəti barəsində açıqlama verdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasında Misir, Qətər, Səudiyyə Ərəbistanına dialoq əməkdaşlığı təqdim edilməsi və İranın ŞƏT üzvü dövlət statusu alması üçün öhdəlikləri barəsində mümorandum imzalanacağını bildirib. Lavrov İranın ötən il “rəsmən namizəd statusu aldığını” və onun tamhüquqlu inteqrasiya prosesinin başlandığını xatırladıb.

Lavrov deyib: “Səmərqənddə müvafiq sənədlər əlavə olaraq qəbul ediləcək. Bundan başqa müşahidəçi statusuna, dialoq üzrə tərəfdaşlar statusuna bir sıra namizədlər var. Bir sıra ərəb ölkələri, Azərbaycan, Ermənistan, bir sıra Asiya ölkələri buna maraq göstərirlər. Sammitə qədər xarici işlər idarələri səviyyəsində məsləhətləşmələr təklif ediləcək. Əminəm ki, dövlət rəhbərlərinə müvafiq tövsiyələr təqdim edə biləcəyik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063458