Latviya və Ukrayna Rusiyadan qaz almağa davam edir, amma dolayı yolla...

2022-07-29 11:21:00

Latviya və Ukrayna Rusiyadan qaz almağa davam edir, amma dolayı yolla...

Latviyanın qaz nəqli sisteminin əsas operatoru "Latviyas" Rusiya qazını araçı vasitəsilə almağa davam edir. “Delfi” portalının cümə axşamı verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Ajgars Kalvitis təsdiqləyib.
Kalvitis etiraf edib ki, qaz alışı davam edir, lakin ödənişlər rublla deyil, avro ilə həyata keçirilir. Latvijas hazırda qaz alır, lakin biz "Qazprom"la hesablaşma apara bilmədiyimiz üçün bu qurumdan qaz almırıq", deyə Kalvitis bildirib. Bununla belə, o bunun ictimaiyyətə açıqlanmayan “kommersiya məlumatı” olduğunu əsas gətirərək yeni təchizatçının adını açıqlamayıb.
İyulun ortalarında Latviya parlamenti 2023-cü il yanvarın 1-dən Rusiyadan qaz idxalına tam qadağa tətbiq edən Enerji Qanununa düzəlişi yekun oxunuşda qəbul edib.
Ukrayna da Rusiya qazını “Qazprom”dan başqa mənbələrdən alır. İyulun 28-dən Ukraynanın “Naftoqaz” QSC şirkəti mart ayından etibarən ilk dəfə olaraq Slovakiyadan qazın əks istiqamətdə alışına keçməyə məcbur olub. Slovakiyanın "Eustream" qaz ötürmə operatorunun məlumatına görə, sutkada 0,53 milyon kubmetr həcmində tədarüklər gözlənilir.
İndiyədək “Naftoqaz” Rusiya mənşəli qazı Slovakiya və Macarıstandan virtual əks istiqamətdə tərs qaydada alırdı. 
Lakin son vaxtlar Rusiyanın “Şimal axını” qaz kəməri ilə Avropaya tədarükünün azalması səbəbindən avropalıların qazı özlərinə də yetərli deyil. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051540