Latviya Rusiyanı “terrorçuluğun sponsoru olan ölkə” elan etdi
2022-08-11 13:39:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Latviya parlamenti Rusiyanı “terrorçuluğun sponsoru” adlandırıb.
Bu barədə məlumatı Litva parlamentinin – Seymin mətbuat xidməti yayıb.
Açıqlamada qeyd edilir ki, parlament öz bəyanatında “Rusiyanı terrorçuluğu dəstəkləyən ölkə kimi, Donbassdakı xüsusi əməliyyatı isə terrorçuluq kimi tanıdığını bildirib”.
Latviya Seymi Qərb ölkələrini rusiyalılara və belaruslara turist və səfər vizaları verməyi dayandırmağa çağırıb.
Hürr Tərcüman