Saat:07:48
Haqqımızda

Latviya Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıdı

2022-08-11 14:12:00

Latviya Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıdı

Latviya Seymi Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanınmasına səs verib, həmçinin Avropa İttifaqı ölkələrini Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.
Seym, “Rusiya terroru dəstəkləyən dövlət kimi tanınır”, Moskvanın Ukrayna əhalisinə qarşı hərəkətləri isə “terrorizm kimi tanınır” kimi ifadələrin yer aldığı bəyanatı qəbul edib .
Latviya Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Rixard Kols bildirib ki, Rusiya uzun illərdir müxtəlif yollarla “terror rejimlərini və təşkilatlarını birbaşa və dolayısı ilə dəstəkləyib və maliyyələşdirir”.
Xatırladaq ki, bu ilin may ayında Litva Parlamenti öz qətnaməsində Rusiyanı “terrorçuluq həyata keçirən dövlət”, Moskvanın Ukraynadakı hərəkətlərini isə "soyqırım" adlandırıb və beynəlxalq ictimaiyyəti “Rusiya terrorizmi” ilə bağlı araşdırma aparmaq üçün xüsusi tribunal təşkil etməyə çağırıb. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR