Latviya Prezidenti: “Ukraynanın Aİ-yə üzvlük danışıqları başlanmalıdır” - "Ukrayna bütün Avropa və bütün azad dünya uğrunda mübarizə aparır"

2022-09-09 22:06:00

Latviya Prezidenti: “Ukraynanın Aİ-yə üzvlük danışıqları başlanmalıdır” -

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Latviya prezidenti Egils Levits Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq təşəbüsü ilə çıxış edib. O, bu çağırışı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Polşanın baş naziri Mateuş Moravetski ilə keçirdiyi mətbuat konfransında edib.

Levits deyib: "Ukrayna təkcə siyasi və mədəni baxımdan Avropa ailəsinə aid deyil, həm də Aİ-nin üzvü olmalıdır. Çünki Avropa İttifaqı azad demokratik ölkələrin birliyidir. Biz üzvlük danışıqlarının başlanmasını təmin etmək üçün hər şeyi edirik... Bizim hədəfimiz daha da irəli getmək və Ukraynanın Aİ-yə daxil olması prosesi ilə bağlı danışıqlara başlamaqdır”.

“Latviya öz təcrübəsi ilə Ukraynaya kömək edə bilər. Latviya Ukraynanın dostudur və həmişə təkcə öz azadlığı üçün deyil, bütün Avropa və bütün azad dünya uğrunda mübarizə aparan Ukrayna xalqının tərəfində qalacaq. Bizim borcumuz Ukraynanın qalib gəlməsi üçün sizə bütün lazımi yardımı göstərməkdir. Bu, bütün demokratik ölkələrin borcudur”.

Levits həmçinin qeyd edib ki, Latviya yaralı ukraynalı əsgərlərin reabilitasiyasına kömək edir, ukraynalı uşaqlar üçün yay düşərgələri təşkil edir, Çerniqov vilayətində bir sıra obyektlərin, xüsusən də təhsil müəssisələrinin bərpası üçün xüsusi proqram həyata keçirməyə başlayıb.

Xatırladaq ki, Ukrayna Avropa İttifaqının oktyabrın əvvəlində Praqada keçiriləcək birinci sammitinə dəvət olunan dövlətlər arasındadır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.095514