Latviya müharibəyə hazırlaşır?
2024-04-24 09:05:47
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Latviyanın paytaxtı Riqanın Şəhər Şurası sakinləri öz zirzəmilərini mülki müdafiə tələblərinə uyğunlaşdırmağa çağırıb.
Şəhər rəhbərliyi bələdiyyəyə məxsus bir neçə binanın zirzəmilərini qaydaya salacaq. Riqanın 49 saylı orta məktəbinin zirzəmisində 27 aprel tarixində işlər aparılması planlaşdırılıb.
Bələdiyyə şəhər sakinlərindən zirzəmiləri tullantılardan, söküntülərdən, təhlükəli maddələrdən, itiuclu əşyalardan və insanlar üçün təhlükəli ola biləcək hər şeydən təmizləməyi xahiş edib.
Hürr Tərcüman