LANDAU School-un rəhbəri “PASHA Holding”ə - TRANSFER OLUB

Landau Məktəbi və ya “LANDAU School” kimi tanınan təhsil müəssəsinin baş icraçı direktoru ölkənin iri holdinqinə transfer olub.
Hurriyyet.az Banker.az-a istinadən xəbər verir ki, Riad Salayev “PASHA Holding” MMC-də Transformasiya direktoru təyin edilib.
Transformasiya direktoru- 12 qeyri-maliyyə şirkəti (məsələn, daşınmaz əmlak, pərakəndə satış, tikinti, kənd təsərrüfatı) üzrə biznes və idarəetmə transformasiyasını həyata keçirmək üçün holdinqin baş direktoru və icraçı direktorları ilə işləyən şəxsdir.
R.Salayev 2021-ci ilin iyulunda LANDAU School-un baş icraçı direktoru təyin edilmişdi. Avqust ayından etibarən isə qeyd edilən yeni vəzifəsinin icrasına başlayacaq.
O, həmçinin Çikaqoda yerləşən “Adore Inc” və “McKinsey & Company” şirkətində çalışıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya