Lalə Azərtaş: "Aygün Kazımova əlinə gələn ilk min manatı göndərdi" - VİDEO

2023-03-17 22:35:00

Lalə Azərtaş:

Xalq artisti Aygün Kazımova nümunəvi addım atıb.
Hurriyyet.Az xəbər verir ki, sənətçi talassemiya xəstəliyindən əziyyət çəkən 9 yaşlı Dağnur üçün min manat pul göndərib.
Bu haqda Lalə Azərtaş aparıcısı olduğu “Təsir Dairəsi” ictimai-sosial verilişinin canlı efirində məlumat verib.
“Aygün Kazımova Novruz çəkilişləri üçün "Xəzər" televiziyasına gəlmişdi. Əməkdaşımızın onunla münasibəti var. Qonşu studiyada onunla danışarkən, körpənin vəziyyəti ilə bağlı Aygün xanıma məlumat verib. Dərhal çantasını açıb və əlinə gələn ilk min manatı zərfə qoyaraq, Dağnur üçün göndərib.
Əminəm ki, evdən hazırlıqlı gəlsəydi, daha çox yardım edərdi. Aygün Kazımovaya minnətdaram”, - deyə L.Azərtaş vurğulayıb.


 

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154667