Saat:04:41
Haqqımızda

Laçının Zabuxçay su anbarının tikintisi başa çatdı

2025-01-28 11:01:05

Laçının Zabuxçay su anbarının tikintisi başa çatdı

Türkiyənin Cengiz İnşaat şirkəti Laçın rayonunda Zabuxçay su anbarının tikintisini başa çatdırıb. Bu barədə şirkətin layihə meneceri Əkrəm Tütünçü məlumat verib.

Onun sözlərinə görə, su anbarı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı sahələrini suvarma suyu ilə təmin etmək üçün nəzərdə tutulub.

Menecer qeyd edib ki, şirkət su anbarından əlavə Füzulidən Şuşaya (Qələbə yolu da daxil olmaqla) iki yol çəkib, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 3 strateji layihənin həyata keçirilməsinə töhfə verib.

Yada salaq ki, Zabuxçay su anbarında 27 milyon kubmetr su var. Su anbarından magistral suvarma kanalının gücü 6,2 m³/s təşkil edir. Su anbarı Qubadlı və Zəngilan rayonlarının 12,1 min hektar ərazisini suvarma suyu ilə təmin etmək gücündədir. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166605