Saat:14:48
Haqqımızda

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - Video

2022-08-11 11:18:00

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - Video

Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.

Hurriyyet.az  xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.

Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR