Laçında yaralanan digər hərbçimiz də vəfat etdi - Yenilənib

2022-08-05 16:00:00

Laçında yaralanan digər hərbçimiz də vəfat etdi - Yenilənib

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Faktı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

***

Qeyd edək ki, hər iki əsgərimiz xidməti döyüş tapşırığını yerinə yetirərkən həlak olduqlarına görə şəhid statusu veriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053551