Laçında son vəziyyət açıqlandı

2022-08-23 17:27:00

Laçında son vəziyyət açıqlandı

“Sakinlərin çoxu artıq Laçını tərk edib. Hazırda rayonda biz də daxil olmaqla, iyirmiyə yaxın insan qalmaqdadır. Burada 3-4 ailə var”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistanın “Qraparak” nəşrinə Laçındakı qondarma administrasiyanın başçısı Narek Aleksanyan deyib.

Onun sözlərinə görə, qalan sakinlərin yarısı rayonu avqustun 23-ü, digər yarısı isə 24-ü tərk edəcək.

Həmin sakinlər rayon mərkəzində yerləşən meyvə mağazalarının sahibləridir. Mağazalar günü bu gün də işləyir.

Aleksanyanın sözlərinə görə, sakinlər təxliyə zamanı onlara Ermənistan dövlət müəssisələri tərəfindən təqdim olunmuş nəqliyyat vasitəsilə şəxsi əşyalarını özləri ilə götürə bilib:

“Laçını tərk edənlərin çoxu Zəngəzura gedib, bir neçə nəfər isə Xankəndiyə və Rusiya sülhməramlılarının cabahdeh olduğu ərazilərə köçüb. Bütün köçənlərə ev verilib”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065266