Laçında şəhid olan Anarın - Fotosu

2022-08-03 13:28:00

Laçında şəhid olan Anarın - Fotosu

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Hurrriyyet.az “Qafqazinfo”-a istinadən şəhidimizin fotosunu təqdim edir:

Qeyd edək ki, Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053570