Laçında qalan ermənilər təxliyə edilir

2022-08-03 18:07:00

Laçında qalan ermənilər təxliyə edilir

Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyyəsinə başlayır.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “pastark” agentliyi məlumat yayıb.

Məlumata görə, baş separatçı Araik Arutyunyan bu gün Laçında qalan ermənilərin təxliyyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb.

Qeyd edək ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069480