Saat:04:58
Haqqımızda

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA + FOTO

2024-05-03 09:47:19

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA + FOTO

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb.

Hurriyyet.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Oxu.az-ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və iki püşkün nəticəsi ləğv edilib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. 

Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.

Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb. 

Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunublar, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunacaqları nəzərdə tutulur”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220681