Laçında məskunlaşanların sayı AÇIQLANDI
2025-05-28 10:05:04

Laçında dünən də daxil olmaqla 3153 nəfər məskunlaşıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.
Ümumilikdə, 8 minə qədər insana protal verilib.
Məlumata görə, 30-31 mayda Bəylik kəndinə də sakinlərin məskunlaşması başa çatacaq.
