Saat:12:34
Haqqımızda

Laçında erməni təxribatı: Yenidən müharibə başlayır?

2022-08-03 12:39:00

Laçında erməni təxribatı: Yenidən müharibə başlayır?

Hurriyyet.az ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyevin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

-  Azərbaycan ordusu Laçında şəhid verdi. Həm də sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə. Bundan sonra sizcə, nə olacaq?

- Mənə elə gəlir ki, Azərbaycan ordusu əvvəl olduğu kimi, bu dəfə də öz ərazimizdən öz əsgərimizə açılan bir atəşə adekvat və təsirli cavab verəcək. Bu cavab həmin ərazidə yerləşən qanunsuz erməni silahlılarının mövqelərinə və onların birə on qat itki verməsi ilə nəticələnək zərbələr olmalıdır. Həmin ərazilərdən, ümumiyyətlə, həm Laçın dəhlizində, həm də Qarabağın rusların müvəqqəti nəzarətində olan ərazilərdən erməni silahlılarının tamamilə təmizlənməsinin vaxtı gəlib çatıb.

O torpaqlar təmizlənmədiyi müddətdə Azərbaycan ordusunun şəxsi heyətinin həyat və sağlamlığına qarşı erməni təhdidi davam edəcək. Buna görə də Azərbaycan tərəfi siyasi-hərbi təzyiqlərini artırmalı və bu prosesləri məntiqi sonluğa çatdırmalıdır.

- “Məntiqi sonluq” dedikdə nəyi nəzərdə tutursunuz? Müharibə, yoxsa anti-terror əməliyyatlarını?

- Müharibə olacağını düşünmürəm. Çünki müharibə etmək üçün əks tərəfin müəyyən bir potensialı olmalıdır. Ermənistan ordusunun müharibədəki məğlubiyyətindən sonra potensialı ən azı 2 dəfə zəiflədi. Azərbaycan isə qoşun sayını həm xüsusi təyinatlılar, həm də komandolar hesabına ən azı 2 dəfə güclənib. Belə olan halda Ermənistanın Azərbaycana müharibə etmək şansı sıfıra bərabərdir. Həm də əməliyyatların Qarabağ ərazisində gedəcəyini nəzərə alsaq, oradakı ümumi əhalinin sayı belə Azərbaycan ordusundan 7-8 dəfə azdır. Belə olan halda hansı müharibədən danışmaq?! Amma antiterror, “təmizləmə”, çəkindirmə, cəzalandırma, tükəndirmə, aşındırma və s. əməliyyatların keçirilməsi mümkündür. Onun necə adlandırılmasından asılı olmayaraq, həmin əməliyyat Azərbaycan ərazilərinin terrorçulardan təmizlənməsinə xidmət edəcək.

- Bu əməliyyatların yaxın günlərdə baş verə biləcəyini güman edə bilərik?

- Tamamilə mümkündür. Bu təxribat artıq Azərbaycana imkan verir ki, əməliyyatlara başlasın. Çünki əsgər itirmişik.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR