Laçın yolundakı aksiya bu halda dayanacaq, şərtlər... - Komitə sədri açıqladı

2023-01-18 12:36:00

Laçın yolundakı aksiya bu halda dayanacaq, şərtlər... - Komitə sədri açıqladı

Azərbaycanın istəyi odur ki, bu gün rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki proseslər sivil, dinc yolla həll olunsun. Bu yaxınlarda yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev də açıq mesaj verdi ki, Azərbaycan sülh tərəfdarıdır və bütün məsələlərin dinc yolla həll olunmasını istəyir. Ölkə başçısı bununla yanaşı vurğuladı ki, müharibə bitsə də mübarizə hələ bitməyib. Ona görə də, Azərbaycan hər zaman hər şeyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədrinə görə, artıq Ermənistan rəhbərliyi də bu proseslərdən nəticə çıxarmalıdır:

“Onlar da bilir ki, bu prosesləri uzatmağın heç bir perspektivi yoxdur. Bu gün Qarabağa qanunsuz yollarla gəlmiş olan Ruben Vardanyanın kimlərin layihəsi olduğunu və nə məqsədlərlə ora gəldiyini hər kəs gördü. Əslində onun missiyası baş tutmadı. Fakt odur ki, bu mümkün də deyildi”.

Millət vəkili bildirib ki, Qarabağda yaşayan ermənilər belə Vardanyanı qəbul etmir:

“Çünki onlar da bildilər ki, o bura xüsusi bir missiya ilə gəlib və heç bir iş görən deyil. Məhz bu faktlar da aşkarlandı. Ona görə də, indi orada bu cür biabırçı proseslər baş verir. Azərbaycan tərəfi isə öz ərazisində yaşayan erməni əsilli vətəndaşlara müraciət edib ki, onlar ölkəmizin süverenliyi, qanunları çərçivəsində normal yaşayış hüququ əldə edə bilər. Ölkə başçısı da dəfələrlə vurğulayıb ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlərin burada qalmasında heç bir problem olmayacaq. Azərbaycan bayrağı altında, konstitusiyamızın vermiş olduğu imtiyazlardan onlar da yararlana biləcəklər. Bunu qəbul etmək istəməyənlər üçün isə qapı açıqdır”.

Ziyafət Əsgərovun fikrincə, azərbaycanlı fəalların aksiyası bizim mütəxəssislərimizə həmin mədənlərdə monitorinq aparmağa imkan yaradılana qədər davam edəcək:

“Eyni zamanda azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası ilə Xankəndidə hələ də qalmaqda olan separatizmə də sarsıdıcı bir zərbə vuruldu. Bütün bunlar onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi siyasət düzgün və hədəflərə istiqamətlənib. Bunun də nəticələri məhz Azərbaycanın maraqlarına xidmət edəcək. Sadəcə olaraq erməni tərəfi hələ də nəyəsə ümid edirdi. Amma "böyük bacı” adlandırdıqları Fransa parlamentinin spikeri də İrəvana səfəri zamanı onları məyus etdi. O da qeyd etdi ki, Qarabağ Azərbaycan ərazisisidir. Beləliklə onlar bir da gördülər ki, dünya Azərbaycanın haqq işini müdafiə edir. Belə olan halda isə onlar Azərbaycanın şərtlərini icra etməyə məcbur olacaqlar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000648