"Laçın yolu ilə Zəngəzur yolunu müqayisə etmək çox qüsurlu yanaşmadır" - NAZİM CƏFƏRSOY

2021-11-25 11:14:00

"Naxçıvan və Qazaxdakı işğal edilən kəndlər demarkasiya və delimitasiya ilə geri qayıdanda Ermənistanın qərbi və şərqindəki əsas yollara da bizim nəzarət imkanlarımız yaranacaq"

"Laçın yolu ilə Zəngəzur yolunu (43 km) müqayisə etmək çox qüsurlu yanaşmadır. Bu cür yanaşma həm hüquqi, həm taktiki, həm psixoloji, həm də strateji mənada çox böyük səhvdir". Hurriyyet.az-ın məlumatına görə, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

QAFSAM-ın sədr müavini hesab edir ki, Zəngəzur yolunu maksimum Qorus-Qafan yolundakı 21 km ilə müqayisə etmək olar: "Demarkasiya və delimitasiya prosesi ilə Laçında sərhəd və gömrük postları qurma məsələsi həll edilməlidir. Bu arada, Naxçıvan və Qazaxdakı işğal edilən kəndlər demarkasiya və delimitasiya ilə geri qayıdanda Ermənistanın qərbi və şərqindəki əsas yollara da bizim nəzarət imkanlarımız yaranacaq".

Siyasi elmlər üzrə fəlsəfə doktorunun sözlərinə görə, erməni tərəfinin bu barədəki ciddi hay-küyünün əsas motivlərindən biri də budur: "Onu da Zəngəzur yolu məsələsində ciddi bir amil kimi Ermənistanla müzakirədə istifadə etmək mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az