Saat:13:44
Haqqımızda

"Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur" - ELXAN ŞAHİNOĞLU

2023-09-12 13:08:12

"Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı?"

"Rusiyanın yük maşınının Ağdamdan keçərək Xankəndinə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb: "İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”. Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256150