Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır

2022-08-03 18:04:00

Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ermənistan tərəfinin bu cür təxribata əl atmaları ilk dəfə deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb.

Təxribatların davam etməsi nədən xəbər verir? Rusiya sülhməramlıları atəşkəsin pozulmasına niyə göz yumur?
"Arxont" elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Modern.az-a açıqlamasında bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsində maraqlı deyil:

"Qarabağda təxribatlara yol verməmək lazımdır. Belə olan halda Qarabağdakı erməni hərbçilərinin "statusu" məsələsi gündəmə gələ bilər. Onlar İrəvana, Bakıya, yoxsa Moskvaya tabedirlər? Həmin hərbi dəstələr regionda müstəqil qüvvə kimi mövcud ola bilməzlər. Əks halda atışmaların və təxribatların qarşısını almaq mümkün olmaz. Onların Qərb dövlətləri tərəfindən kor-koranə istifadə edilməsini görürük.

Fikrimcə, Rusiya sülhməramlı kontingentinin bölgədə olduğu müddət ərzində Qarabağdakı erməni ordusu Rusiya hərbi komandanlığının nəzarətinə keçməlidir. Yalnız bu seçim vəziyyəti sabitləşdirməyə və təxribatlardan qaçmağa kömək edəcək. Onu da qeyd edək ki, bu təxribatların İrəvana heç bir faydası olmayacaq. Paşinyan artıq öz ayağına basır".
Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş isə Modern.az-a deyib ki, Ankara erməni separatçılarının Azərbaycan ərazilərindən çıxarılmasına yardım edəcək.

"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda olan separatçı qüvvələrə regionu tərk etmələrini bildirmişdi. Amma təəssüf ki, bu gün erməni təxribatları ilə qarşılaşırıq. Bəzən hadisələr istədiyimiz kimi olmur. Burada bir neçə qüvvənin istəkləri var. Belə hadisənin olması həm Azərbaycan, həm də Türkiyə üçün təəssüf doğurur. Lakin bildirmək istərdim ki, iki ölkənin bununla bağlı səyləri davam edəcək. Türkiyə Azərbayacana separatçı qüvvələrin Qarabağdan çıxarılmasında dəstək verəcək.

Bizim doğru yolda olduğumuzu hamı bilir. Təxribatların baş verməsi həmin ərazidə Türkiyənin varlığının olmaması ilə əlaqədardır. Hər kəs bilir ki, Türkiyə qüvvəsi orada güclü olarsa, separatçı qüvvələr ərazidən çoxdan çıxarılardı. Təəssüflər olsun ki, Rusiya bunu bacarmadı. Azərbaycan ərazısindən separatçı qüvvələr çıxarılana qədər Türkiyə qardaşına yardım edəcək".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064771