Saat:10:45
Haqqımızda

Laçın ermənilərdən tam boşaldıldı. Bəs Xankəndi, Xocalı, Əsgəran? - Mühüm açıqlama

2022-08-22 11:26:00

Laçın ermənilərdən tam boşaldıldı. Bəs Xankəndi, Xocalı, Əsgəran? - Mühüm açıqlama

Laçının ermənilərdən tam boşaldılıb Azərbaycanın yurisdiksiyasına keçməyinə artıq 3 gün qalıb.

Bir sıra siyasi ekspertlər qeyd edirlər ki, Laçının boşaldılması ona görə mümkün oldu ki, bununla bağlı 2020-ci ilin 10 noyabrında ermənilərlə razılıq əldə olunmuşdu. Onların fikrincə, Azərbaycan sülhməramlıların nəzarətində olan Qarabağın dağlıq hissəsində də analoji qaydada davranmaq cəhdi böyük gərginliyə səbəb ola bilər. 

Bu fikir doğrudurmu? Laçından sonrakı hədəf nə olmalıdır?

Yenisabah.az-a danışan siyasi şərhçi Natiq Miri deyib ki, Laçının boşaldılması 10 noyabr sənədində nəzərdə tutulmuşdu:

“3 il ərzində alternativ yolun çəkilməsi müqabilində o ərazilərin boşaldılıb Azərbaycana təhvil verilməsi, əlbəttə ki, nəzərdə tutulub. Ona görə də bu proses az ağrılı keçdi. Ancaq digər məsələlər 5 il çərçivəsində baş tutmalıdır”.

Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin hələ də Azərbaycan cəmiyyətinə inteqrasiya ola bilməməsindən danışan mütəxəssis əlavə edib:

“Fikir verirsinizsə, artıq 2 il keçib, lakin bu gün irəli doğru zərrə qədər heç bir addım atılmayıb. Söhbət burada ondan gedir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi nəinki başlamayıb, hətta bu yöndə hazırlıqlar və siyasi bir fikir, ümumiyyətlə, müşahidə olunmayıb. Maraqlısı da burasındadır ki, bu məsələnin həll edilməsində əsas həlledici amil olan Rusiya sülhməramlıları prosesə maraqlı deyil. Ona görə də digər ərazilərin, xüsusilə də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərənin Laçın kimi Azərbaycanın suverenliyi altına girməsi prosesi birbaşa Rusiyadan asılı olan bir məsələdir”.

Bu məsələdə erməni faktorunun olmadığını söyləyən politoloq onu da vurğualyıb ki, bir-iki evi və yaxud meşəni yandırmaq qısamüddətli dirəniş deməkdir:

“Bildiyiniz kimi, bunun da nəticəsi sıfıra bərabərdir. Ona görə ki, heç bir müqavimət gücü olmayan ermənilərin bu məsələdə uzunmüddətli dirəniş göstərmək imkanları da mövcud deyil. Bu məsələdə yeganə ən böyük əngəl Rusiya faktorudur və əgər bu məsələ yaxın perspektivdə həll olunarsa, bu, Azərbaycan-Rusiya-Türkiyə arasında həll olunacaq. Yalnız bundan sonra heç bir problem olmadan çox rahatlıqla həmin ərazilər Azərbaycnaın idarəetməsinə keçəcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR