“Laçın dəhlizi məsələsində heç kim İrəvanı dəstəkləməyəcək” – erməni ekspert

2022-12-22 17:14:00

“Laçın dəhlizi məsələsində heç kim İrəvanı dəstəkləməyəcək” – erməni ekspert

“Fransa Senatı Ermənistanı dəstəkləyir, hökuməti isə...”

Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidentinin milli təhlükəsizlik üzrə baş müşavinin köməkçisi Vladimir Poqosyan BMT Təhlükəsizlik Şurasının Azərbaycan fəallarının Qarabağdakı aksiyasına qarşı heç bir radikal qərar qəbul etməyəcəyini deyib: “Orada fövqəladə bir şey baş verməyəcək. Azərbaycana qarşı heç bir sərt qərar verilməyəcək. “Humanitar, insani, bəşəri prinsiplər”... səsləndirilə, narahatlıq bildirilə bilər. Əvvəla, Britaniya bu regionda Türkiyəni dəstəkləyir, Azərbaycan kimi orada da onun iqtisadi və geosiyasi maraqları var. Ən azı bu iki ölkə Azərbaycana qarşı sanksiyaları və sülhməramlı kontingent yeritmək çağırışlarını dəstəkləməyəcək. Rusiyaya da bu gün bu, sərfəli deyil, o da bu addımı atmayacaq”.

Poqosyan fransızların bir qədər sərt çıxış edəcəklərini istisna eləməyib: “Amma Fransa özünü bir qədər hiyləgər aparır. Bir tərəfdən Senat (Azərbaycan leyhinə - red.) qərar qəbul edir, digər tərəfdən hökumət mahiyyətcə həmin qərarı əngəlləyir. Fransa Senat səviyyəsində Ermənistana özünü “Biz sizinləyik” deyə göstərir, hökumət səviyyəsində isə Azərbaycana “Biz də sizdən uzaqda deyilik” deyir”.

Poqosyan xatırladıb ki, bir çox Fransa firmaları Azərbaycan iqtisadiyyatına cəlb ediliblər və Total transmilli şirkəti də onlardan biridir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146182