Laçın dəhlizi bir neçə saat bağlı qalsa, nə baş verər?

2022-12-05 15:47:00

Laçın dəhlizi bir neçə saat bağlı qalsa, nə baş verər?

“Laçın yolun bağlanması heç də təsadüfi deyil. Çünki Azərbaycan ərazisindəki separatçılar mineral yataqları, təbii sərvətləri və faydalı qazıntılarımızı talan edir, onların Ermənistana daşınması həyata keçirilir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Azərbayan ekoloqlarının Xankəndiyə səfərini şərh edib:

“Məhz buna görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti, “AzerGold” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xankəndi-Şuşa magistralındakı blok posta yaxınlaşıblar. Beləliklə, Laçın dəhlizi bir neçə saatlıq bağlanıb. Gördük ki, həm erməni lobbisi və ermənilərin təsiri altında olan media orqanları çox böyük bir qaragüruh formalaşdırdılar. Elə bil təəssürat yaradıldı ki, sanki Azərbaycan humanitar bir böhran doğurub. Hətta yayılan məlumatlarda ərzaq məhsulları və dərman preparatlarının Xankəndiyə çatdırılmasında böyük problemlərin olduğu iddia edildi. Aydındır ki, bu, manipulyasiya və yaranmış vəziyyətdən sui-istifadədir”.

İ. Hüseynovun fikrincə, Laçın dəhlizinin nəzarətə götürülməsinə böyük ehtiyac var:

“Çünki bu dəhliz qeyri-qanuni məqsədlərlə istifadə olunur, eləcə də ərazimizə həm mina, həm də silah-sursat daşınır. İran xüsusi xidmət orqanlarının bir qrup əməkdaşının Xankəndiyə gəlməsi və hələ də orada qalmasına dair məlumatlar var. Onlar İran istehsalı olan silahların tətbiqi istiqamətində separatçıları təlimatlandırırlar. Bu isə diversiya-terrorçu fəaliyyətin təşviq olunması anlamına gəlir. Biz öz addımlarımızla nümayiş etdiririk ki, ərazidə baş verən bütün məsələləri izləyirik və bizim üçün əsas məsələ təhlükəsizliyin, sülhün təmin olunmasıdır”.

İ. Hüseynov düşünür ki, mülki paltarda olan ekoloq qrupunun oraya göndərilməsi bir ilkdir:

“Lakin əgər erməni təxribatları daha geniş miqyas alacaqsa, hərbçilərimiz orada çox asanlıqla peyda ola bilərlər. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri və yurisdiksiyamızdan gedir. Burada Azərbaycan tərəfinin hərəkət etmək üstünlüyü vardır və biz öz ərazimidə özümüzə aid olan sərvətlərimizin işlənilməsinə göz yuma bilmərik. Bu səbəbdən də Azərbaycan lazımi addımları atır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.227532