“Laçın dəhlizi Azərbaycana təhvil veriləcək” - Açıqlama
2022-06-11 17:45:00

“Biz yeni yol açacağıq və indiki Laçın dəhlizi Azərbaycana təhvil veriləcək
Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O, qeyd edib ki, artıq yeni dəhliz orada fəaliyyət göstərəcək:
“Azərbaycanın 3 ildən sonra tam haqqı var ki, Laçın dəhlizinə və orada olan rejiminə yenidən baxsın, müvafiq qaydada yeni qaydaları tətbiq etsin. Yenə bunu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Laçın dəhlizi Azərbaycan suveren ərazisidir”.
Qarabağda erməni təxribatlarına gəlincə, F. Şəfiyev qeyd edib ki, təəssüflər olsun ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanatın 4-cü maddəsini icra etmirlər və bundan irəli gələn problemlər var./Demokrat.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya