Saat:14:59
Haqqımızda

Kürdəmirdə faciə: ata öldü, oğlu yaralandı - FOTO

2025-01-11 22:30:07

Kürdəmirdə faciə: ata öldü, oğlu yaralandı - FOTO

Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan var.

Hurriyyet.Az xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972-ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Onun oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216146