Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"
2025-12-02 21:24:17
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara özlərini göstərmək imkanı yaradıb.
Mütəxəssis bunu oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı məşqçi kubok matçarının gərgin keçdiyini deyib:
"Ümumiyyətlə, kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq. Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək imkanı verdik".
Qeyd edək ki, qarşılaşma Tovuz komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. \\Fanat.Az
