Kurban Berdiyev "Qarabağ"la heç-heçəni belə dəyərləndirdi
2024-11-01 22:54:57
Misli Premyer Liqasının 12-ci turunda öz meydanında "Qarabağ"la qolsuz heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
72 yaşlı mütəxəssis belə danışıb:
"Yaxşı oyun oldu. Fikrimcə, meydandakı mübarizə azarkeşlərin xoşuna gəldi. Müsbət məqamlar çoxdur, amma çatışmazlıqlar da yox deyildi. Rəqib futbolçuların fərdi keyfiyyətlərini nəzərə almışdıq. Desəm ki, nəticədən razı deyiləm, düzgün olmaz". \\Fanat.Az