Saat:15:43
Haqqımızda

Külli miqdarda vergi borcu olan məşhur klinikanın sahibi dəyişib

2025-04-05 15:27:22

Külli miqdarda vergi borcu olan məşhur klinikanın sahibi dəyişib

“Regional Hospital” MMC-nin qanuni təmsilçisi dəyişib.

Hurriyyet.az-ın verdiyi məlumata görə, hospitalın hazırda qanuni təmsilçisi Hüseynov Fərid Dilbazi oğludur.

O, bu vəzifədə Eldəniz Mübariz oğlu Daşdəmirovu əvəzləyib.

Bununla yanaşı hospitalın dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcu demək olar ki, hər ötən gün bir qədər də artır. Hazırda MMC-nin vergi borcunun miqdarı 698 250,04 manat təşkil edir.

Qeyd edək ki, "Regional Hospital" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. 

İqtisadiyyat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158776