Saat:22:36
Haqqımızda

Kuleba: "Zelenski çıxılmaz vəziyyətdədir"

2025-12-17 17:55:28

Kuleba:

Hurriyyet.az xəbər verir ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Fransanın "Le Point" nəşrinə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin hazırkı vəziyyətinə qibtə etmədiyini, onun Rusiya Federasiyası ilə münaqişədə çıxılmaz vəziyyətə düşdüyünü etiraf edib.
Kulebanın sözlərinə görə, hazırda Zelenski "kor dalanda"dır, çünki o, çətin qərarlar verməlidir. Kuleba pis və daha betər qərarların olduğunu qeyd edib.
Kuleba deyib: "O, özü qərar verməlidir. Ona qətiyyən həsəd aparmıram. Burada düzgün qərar vermək mümkün deyil".
Hürr Tərcüman