Kuleba sığınacaqdan Aİ-yə müraciət etdi: “İrana qarşı sanksiya qoyun, HHM sistemi göndərin”
2022-10-17 20:59:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin şurasının iclasına müraciət edib.
Kuleba bu barədə öz “Tvitter” səhifəsində açıqlama verib.
Kuleba qeyd edib ki, o, deyəsən, hava həyəcanı üzündən bomba sığınacağından şuraya müraciət edən ilk Xarici İşlər naziridir.
Nazir yazıb: “Mən əlavə Hava Hücumundan Müdafiə sistemi və silah-sursat tədarükü edilməsini xahiş etdim. Avropa İttifaqını Rusiyaya PUA verdiyi üçün İrana qarşı sanksiyalar tətbiq eləməyə çağırdım. Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi güclü olmalıdır”.
Hürr Tərcüman

