Kuleba Hindistana səfər edəcək
2024-03-27 16:42:07
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın 28-də Nyu-Dehliyə səfər edəcək. Dmitri Kulebanın Hindistanın biznes sahəsinin təmsilçiləri ilə görüşü gözlənilir.
Kuleba hindistanlı həmkarı Subramanyam Cayşankar və Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşəcək.
Bu barədə məlumat Hindistan XİN-in saytında yerləşdirilib.
Hürr Tərcüman