Kuleba: “Dünya ölkələrini Rusiya üçün xüsusi tribunal yaradılmasına çağırıram”

2022-09-07 14:29:00

Kuleba: “Dünya ölkələrini Rusiya üçün xüsusi tribunal yaradılmasına çağırıram”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba tərəfdaş ölkələri Rusiyanın Ukrayna dövlətinə qarşı təcavüzkarlığı cinayəti ilə bağlı tribunal yaradılmasını dəstəkləməyə çağırıb.

Kuleba öz “Tvitter” hesabında yazıb: “Putin Ukraynaya qarşı təcavüz cinayətini elə indicə ictimai şəkildə edərək dedi: “Biz bunu şüurlu şəkildə etdik”.

Mən bir daha bütün dövlətlərə çağırış edirəm: Ukraynaya qarşı təcavüz cinayətinin araşdırılması üçün Xüsusi tribunalın yaradılmasını dəstəkləyin. Cinayət hamının gözləri qarşısındadır. Ədalət yerinə yetməlidir”.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Vladivostokda Şərq İqtisadi Forumununun plenar iclasındakı çıxışı zamanı bəyan edib ki, “Ukraynadan olan potensial təhdidə qarşı Rusiyanın hərbi cavabı yolu şüurlu şəkildə seçilib”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057584