Kuleba: “Bu, Avropa İttifaqının Ukraynanı aldatması deməkdir, bunu “yeməyəcəyik”

2022-05-10 21:28:00

Kuleba: “Bu, Avropa İttifaqının Ukraynanı aldatması deməkdir, bunu “yeməyəcəyik”

Ukrayna Avropada yeganə yerdir ki, burada insanlar Avropa İttifaqının üzərində qurulduğu dəyərlər uğrunda həlak olurlar”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ölkəsinin Avropa İttifaqına daxil olmaq üçün namizəd statusu almayacağı təqdirdə, bunun, Avropa İttifaqı tərəfindən Ukraynanın aldadılması demək olacağını və Ukraynanın bu yalanı “udmaq” niyyətində olmadığını söyləyib.

Kuleba bu sözləri “Financial Times” nəşrinə müsahibəsində söyləyib. Kuleba Fransa Prezidenti, hazirda Avropa İttifaqına sədrlik edən Emmanuel Makronun Ukraynanın Avropa İttifaqına daxil olmasına “bir neçə il” sərf oluna biləcəyi barəsində proqnozunu şərh edib.

Kuleba deyib: “Üç il bundan əvvəl bu ölkənin üzvlüyünün perspektivi belə yox idi. İndi onlar bu prosesə nə qədər vaxt gedəcəyini müzakirə edirlər”.

Onun sözlərinə görə, indi Ukrayna üçün ən mühüm məsələ iyun ayında Avropa ittifaqına üzv olmağa namizəd statusunun əldə edilməsi olacaq. “O zaman biz sizinlə qalan məsələləri də müzakirə edəcəyik. Necə, nə zaman və başqa bu kimi sualların cavabını axtaracağıq”.

Emmanuel Makron və bir sıra başqa liderlər Ukraynaya assosiativ formada üzvlük təklif eləsələr də, Kuleba cavabında bildirib ki, bu əvəzetmə Kiyevi təmin edə bilməz: “Əgər biz namizəd statusu almasaq, bu, yalnız bir şey demək olacaq: Avropa bizi aldatmağa çalışır. Buz bunu “yeməyə” hazırlaşmırıq. Ukrayna Avropada yeganə yerdir ki, burada insanlar Avropa İttifaqının üzərində qurulduğu dəyərlər uğrunda həlak olurlar. Hesab edirəm ki, buna görə ölkəmizə hörmətlə yanaşmaq lazımdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya