"Küçə ilə gələn küçə ilə gedir" - NATİQ CƏFƏRLİ

2023-03-09 12:58:00

"Xalqlar, cəmiyyətlər bunun zülmünü, əziyyətini çəkir, dövlət həmişə ziyan görür"

"Gürcüstan İvanaşvili-Saakaşvili ədavətindən, şəxsi düşmənçiliyindən, qarşıdurmasından əl çəkməli, bu dövrü geridə qoyub irəliyə baxmalıdır. Gürcüstanda pis-yaxşı, əskikləri-doğruları ilə seçki sistemi yaranıb, partiyalar, QHT-lər, media, iqtisadiyyat institutlaşmaq üzrədir, yerli özünüidarə yaranıb, müxalif partiyaların seçkiləri udub hakimiyyətə gəldiyi şəhərlər, bölgələr var. Əsas məsələ də məhz budur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, seçki insitutu olan ölkələrdə küçədən hakimiyyətə təzyiq olur, amma hakimiyyəti dəyişmək olmur: "Buna görə Azərbaycanda mütləq seçki institutu təsis edilməli, seçkilərin legitimliyi yaranmalı, seçki institutlaşmalıdır. Məhz institutlaşmış seçki sistemi küçədən dövlətə (geniş anlamda, şəxslər anlamında yox) olan təhdidləri sığortalayır, istənilən hakimiyyət məntiqlə maraqlı olmalıdır ki, hakimiyyətin dəyişməsi küçədən yox seçkidən olsun".

Natiq Cəfərlinin qənaətincə, nə qədər ki, bizdə seçki institutlaşmayıb bu ilk növbədə indiki iqtidar üçün böyük təhdiddir: "Ümumiyyətlə, küçə ilə gələn küçə ilə gedir, xalqlar, cəmiyyətlər bunun zülmünü, əziyyətini çəkir, dövlət həmişə ziyan görür. Ona görə də cəmiyyət, vətəndaş olaraq hamılıqla ölkədə seçkilərin institutlaşması, dürüst olması üçün əzmlə çalışmalıyıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172059